Qadınlar FIFA-nı məhkəməyə verdi

Qadınlar FIFA-nı məhkəməyə verdi

FIFA qadın futbolçular arasında dünya çempionatının oyunlarını süni örütüklü meydançalarda keçirməklə bağlı qərar qəbul edib. Fanat.az xəbər verir ki, ali futbol qurumunun bu qərarı qadın futbolçuların narazılığına səbəb olub.

Dünyanın ən yaxşı 50 qadın futbolçusu bir araya gələrək FIFA rəhbərliyini məhkəməyə verib. Xanımların fikrincə, qurum rəhbərliyi cinsi ayrı-seçkiliyə yol verib. Onlar İspaniya, Braziliya, Fransa, Kolumbiya, Avstraliya, Kosta Rika, Yaponiya, Meksika, Yeni Zellandiya, Cənubi Koreya millilərinin üzvləridi. 

Futbolçuların vəkili Hampton Dellinger məsələ ilə bağlı açıqlama verib: "Kişilər arasında dünya çempionatı təbii meydanda keçirilir. Amma qadın futbolçuları süni meydançalara salırlar. Bu meydanlar idmançıların sağlamlığı üçün təhlükəlidi".

Qeyd edək ki, 2015-ci ildə qadınlar arasında dünya çempionatı Kanadada keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər