Qadınlar arasında dünya çempionatının qalibi bəlli oldu

Qadınlar arasında dünya çempionatının qalibi bəlli oldu

Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, final görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya yığmasına dünya çempionluğunu qazandıran yeganə qola 29-cu dəqiqədə Olqa Karmona Qarsiya imza atıb.

Qeyd edək ki, mundialın bürünc medalını İsveç yığması qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər