Şimali Kiprdə yaşayan həndbolçu Meliz Özatlı həbs olunub. Fanat.az xəbər verir ki, buna səbəb onun sevgilisini döyməsi olub.
34 yaşlı xanım həndbolçu 3 ildi birlikdə yaşadığı 37 yaşlı qadın sevgilisi Z.B.-nı qaçıraraq döyüb. Bundan əvvəl lezibian cütlük arasında dava düşüb. Daha sonra Z.B. ərinin və uşağının yanına dönüb.
Meliz Özatlı onu qaçıraraq evinə gətirib və burda döyüb. Həndbolçu sevgilisinə əri və uşağını tərk edib onun yanında yaşamağa başlamayacağı halda sevişmə fotolarını internetdə yaymaqla təhdid edib.
Z.B.-nın ailəsi polisə müraciət etdikdən sonra Meliz Özatlı sevgilisini onun evinə öz istəyi ilə gəlməsi barədə ifadə vermək üçün hədələyib. Lakin qadın hər şeyi hakimə danışıb və idmançı həbs olunub.



Fanat.az