Qadın boksçularımız: dünya çempionatından 2 medalla

Qadın boksçularımız: dünya çempionatından 2 medalla
Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub. Fanat.az xəbər verir ki, Azərbaycan milli komandası Vətənə 1 gümüş və 1 bürünc medalla dönür.Gümüş medala 60 kq çəki dərəcəsində yer alan Yana Alekseyeva yiyələnib. O, finalda irlandiyalı olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu Keti Teylorla qarşılaşıb. Gözlənildiyi kimi, həlledici döyüşdə cütlüyün favoriti qələbəni bayram edib.

69 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, əvvəlki dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. O, yarımfinalda panamalı Asena Bilona məğlub olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər