PSJ yeni stadion üçün hökumətə müraciət etdi

PSJ yeni stadion üçün hökumətə müraciət etdi

PSJ yeni arena inşa etməyi planlaşdırır. 

Fanat.Az xəbər verir ki, artıq Paris nəhənginin baş katibi Jan-Pyer Şole Şəhər Planlaşdırma və İnkişaf İdarəsinə yeni stadion tikmək planları ilə bağlı məktub göndərib.

İnformasiyanı "Football News France" yayıb.

Xəbərə görə, məktubda klubun Parisin 20 kilometr radiusunda stadion tikmək istəyi barədə bildirilib. Şole həmçinin hökumətdən xahiş edib ki, yeni oyun meydançasının tikintisi üçün onlara 50 hektarlıq ərazi ayrılsın.

Qeyd edək ki, PSJ hazırda ev oyunlarını 48 min yerlik "Parc des Princes"-də keçirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər