PSJ "Mançester Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqba (Paul Pogba) ilə maraqlanır.
Fanat.Az "The Independent" nəşrinə istinadən xəbər verir ki, Messi, Ramos (Sergio Ramos) və Viynaldumun (Georginio Wijnaldum) kluba keçid ilə kifayətlənmək istəməyən PSJ rəhbərliyi gələn mövsüm portuqaliyalı ulduz Ronaldu (Cristinao Ronaldo) ilə yanaşı Pol Poqbanı da klubda görmək arzusundadır.
Fransız klubu yarımmüdafiəçinin növbəti mövsüm kluba gələcəyi təqdirdə ona illik 31 milyon avro ödəyəcəyini vəd edib.
Xatırladaq ki, hazırda Pol Poqba "Mançester Yunayted"in heyətində ilinə 17 milyon avro qazanır.
Emin Şəmsiyev