Bu gün Maurisio Poçettinonu istefaya göndərən PSJ-nin yeni baş məşqçisi bəllidir.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisini 55 yaşlı Kristof Qaltye çalışdıracaq.
Qaltye ilə imzalanan müqavilənin detalları barədə məlumatlar açıqlanmayıb.
Daha öncə Avropa mətbuatında sözügedən mütəxəssisin 2+1 illik anlaşma imzalayacağı haqda informasiyalar yayılmışdı.
Qeyd edək ki, Qaltyenin son iş yeri klubu Liqa 1 təmsilçilərindən "Nitsa" olub.
Nihat