PSJ yenə xal itirdi

PSJ yenə xal itirdi

Fransa çempionatında 20-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Klermon” - “Nant” matçı qolsuz bitib. “Nitsa” “Lill”i, “Brest” “Anje”ni məğlub yola salıb. “Oser” evdə “Monpelye”yə, “Strasburq” isə “Tuluza”ya məğlub olub. Səfərdə “Ayaçço” ilə qarşılaşan Lion “Olimpik”i turu qələbə ilə başa vurub. PSJ isə doğma meydanda “Reyms”lə oyunda qələbəni son anda əldən verib.

20 turdan sonra 48 xala malik PSJ vahid liderdir. “Lans” 45 xalla ikinci, Marsel “Olimpik”i 43 xalla üçüncüdür.

Fransa, Liqa 1 20-ci tur 27 yanvar

Loryan – Renn 2:1 Qol: Talbi, 13. Le Bris, 31 – Tait, 73.

28 yanvar

Trua – Lans 1:1 Qol: Larusi, 50 – Tomasson, 88.

Olimpik (Marsel) – Monako 1:1 Qol: A.Sançes, 47 – Veretu, 17-öz qapısına.

29 yanvar

Nitsa – Lill 1:0 Qol: Labord, 34.

Oser – Monpelye 0:2 Qol: Mavididi, 62; 80

Brest – Anje 4:0 Qol: Le Duaron, 14. Munye, 34. Honorat, 60. Melu, 84.

Klermon – Nant 0:0

Strasburq – Tuluza 1:2 Qol: Qameyro, 20 – Dallinqa, 25; 51.

Ayaçço – Olimpik (Lion) 0:2 Qol: Lepenant, 20. Lakazett, 71.

PSJ – Reyms 1:1 Qol: Neymar, 51 – Baloqun, 90+6.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər