PSJ yenə Ramossuz qaldı

PSJ yenə Ramossuz qaldı

PSJ-nin müdafiəçisi Serxio Ramos Fransa çempionatının 17-ci turu çərçivəsində keçiriləcək matçda - "Lans"la oyunda komandasına kömək etməyəcək.

Fanat.Az "football-espana.net"ə istinadən xəbər verir ki, Paris klubunun baş məşqçisi 35 yaşlı futbolçunun meydana çıxmayacağını deyib:

"Ramosun əzələ yorğunluğu üzündən müəyyən narahatlığı var. "Lans"a qarşı oynamayacaq".

Mütəxəssis təcrübəli ispanın nə vaxt oynaya biləcəyi ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, bu ilin iyulunda azad agent qismində PSJ-yə keçən və müddəti 2023-cü ilin yayına qədər olan müqaviləyə imza atan Ramos Liqa 1-in 15-ci turunda - "Sent-Etyen"lə matçda (3:1) debüt edib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər