PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış idman jurnalisti Canluka Di Marsio yayıb.
Mənbənin məlumatına görə, parislilər Argentina millisinin yarımmüdafiəçisinin keçidi ilə bağlı "Yuventus"la razılığa gəlib.
PSJ oyunçusu ilə 20 milyon avro müqabilində ayrılmağa hazırdır. Turin klubu Leandronu 2023-cü ilin yayında məcburi satınalma şərti ilə icarəyə götürməyi planlaşdırır.
28 yaşlı Paredes "Boka Xuniors"un yetirməsidir. O, daha əvvəl "Empoli" və "Roma"nın heyətində İtaliya çempionatında çıxış edib. 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına kimi Rusiya təmsilçisi "Zenit"də oynayan argentinalı xavbek PSJ-yə 40 milyon avroya keçib.
2021/2022 mövsümündə Paredes bütün yarışlarda 22 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.
Mirağa