PSJ yarımmüdafiəçisi Leandro Paredeslə vidalaşmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabı üzərindən yayıb.
Xəbərə görə, Paris klubu Paredesi azı 20 milyon avroya satmaqda qərarlıdır. "Yuventus"un sözügedən oyunçunu transfer etməyi planlaşdırdığı, lakin bu keçidə görə qarşı tərəfə 15 milyon avro ödəməyi planlaşdırdığı bildirilib.
Qeyd edək ki, 28 yaşlı Paredes "Boka Xuniors"un yetirməsidir. O, 2019-cu ildən PSJ-dədir.
Nihat