PSJ Xviça üçün 180 milyondan keçməyə hazırdır

PSJ Xviça üçün 180 milyondan keçməyə hazırdır

PSJ "Napoli"nin ulduz futbolçusu Xviça Kvaratsxeliyaya elçi düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 

Gürcüstan millisinin hücumçusu hazırda Avropa klublarının diqqət mərkəzindədir. O, cari mövsüm İtaliya klubunun heyətində 29 matçda meydana çıxıb, 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 

PSJ Xviça üçün 180 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, gürcü futbolçunu heyətinə qatmaq istəyən klublar arasında "Real Madrid" və "Liverpul" da var. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər