PSJ ulduz forvardı istəyir

PSJ ulduz forvardı istəyir
"Bavariya"nın və Polşa millisinin forvardı Robert Levandovski PSJ-yə keçə bilər.
Fanat.Az xəbər verir ki, "L'Équipe" Paris təmsilçisinin ulduz oyunçuyla maraqlandığını açıqlayıb. Mənbə PSJ-nin bir sıra klubların elçi düşdüyü Kilian Mbappeni satacağı halda, bu transferi reallaşdırmaq istədiyini vurğulayıb.
Daha öncə "Real"ın mövsümün sonunda polşalı forvardı heyətinə qatmağı planlaşdırdığı barədə informasiyalar yayılmış, İspaniya nəhənginin bu keçidə görə qarşı tərəfə 60 milyon avro ödəyəcəyi bildirilmişdi.
Levandovskinin Münhen klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək. Robert bu mövsüm çıxdığı 28 Bundesliqa matçında 40 qol vurub.
Atilla 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər