PSJ Superkuboku darmadağınla qazandı

PSJ Superkuboku darmadağınla qazandı

Futbol üzrə Fransa Superkubokunun qalibi bəlli olub. 

Fanat.Az xəbər verir ki, həlledici oyunda son çempion PSJ ilə Fransa Kubokunun qalibi “Nant” qarşılaşıb.

İsrailin paytaxtı Təl-Əvivdə, “Blimfuld” stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Neymar dubla imza atıbsa (45+5 və 82-pen.), digər qola müdafiəçi Serxio Ramos (57) imza atıb.

PSJ tarixində 11-ci dəfə Superkubokun qalibi olub.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər