PSJ "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanı sıralarına cəlb etməyi əsas hədəf sayır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Paris klubunun nümayəndələri artıq sözügedən futbolçunun təmsilçiləri ilə danışıqlara başlayıb. Mənbə "şəhərlilər"in qarşı tərəfdən böyük məbləğdə təzminat tələb edəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Mançester klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər olan Silva son mövsümdə bütün turnirlərdə 55 matça çıxıb. Bu qarşılaşmalarda 7 qol vuran portuqaliyalı 8 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat