PSJ Serxio Ramosla yollarını ayırdı

PSJ Serxio Ramosla yollarını ayırdı

Fransa çempionu PSJ müdafiəçisi Serxio Ramosla vidalaşıb.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi müqaviləsinin müddəti bu ayın sonuna qədər olan ispan futbolçu ilə yeni sözləşmə imzalamaq istəməyib.

Paris klubu rəsmi saytı vasitəsilə Ramosa təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 37 yaşlı oyunçu azad agent kimi Liqa 1 klubunu tərk edəcək.

Ramos 2021-ci ilin yayından oynadığı PSJ-də 57 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu komanda ilə iki dəfə Fransa çempionu olub, bir superkubok qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər