PSJ rəhbərliyi komandanın təcrübəli müdafiəçisi Serxio Ramosla bağlı yekun qərarını verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le10Sport" yayıb.
Xəbərə görə, Paris klubunun bossları komandanın baş məşqçisi Kristof Qaltye ilə əla münasibət formalaşdıran ispanla müqavilə yeniləmək niyyətindədir.
Xatırladaq ki, Ramos PSJ-yə 2021-ci ilin yayında, azad agent qismində "Real Madrid"dən keçib. Onun Fransa nəhəngi ilə olan anlaşmasının müddəti gələn il başa çatacaq. Cari mövsüm PSJ forması ilə bütün turnirlərdə 9 oyun keçirən 36 yaşlı futbolçu məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat