PSJ sahibinin qardaşı "Real"a sataşdı: "Hücumda qolfçunu oynada bilərsiz"

PSJ sahibinin qardaşı "Real"a sataşdı: "Hücumda qolfçunu oynada bilərsiz"

Fransa PSJ klubunun sahibi Tamim ibn Həməd Əl Taninin qardaşı, Xəlifə ibn Həməd Əl Tani"Real Madrid" klubuna atmaca ilə müraciət edib.

Fanat.Az xəbər verir ki, klub sahibinin qardaşı şəxsi "Twitter" səhifəsində Kral Klubunun Mbappeni (Kylian Mbappe) əldə etmək cəhdinə qarşı ironiya xarakterli paylaşımı ilə gündəmə gəlib:

"Əgər sizi təklif etdiyimiz qiymət razı salırsa, bizimlə əlaqə saxlayın. Əks halda, hücumda qolf üzrə mütəxəssisi oynada bilərsiniz"

"Qolf üzrə mütəxəssis" dedikdə Xəlifə ibn Həməd Əl Tani "Real Madrid"in yarımmüdafiəçisi və qolf həvəskarı Qaret Beyli (Gareth Bale) nəzərdə tutub.

Xatırladaq ki, daha əvvəl PSJ klubu Kilian Mbappe üçün 200 milyon avro qiymət təqdim etmişdi.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər