PSJ rəhbərliyi ilə tanınmış mütəxəssis Zinəddin Zidan arasında görüş keçirilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" nəşri yayıb.
Xəbərə görə, görüşdə PSJ tərəfdən klubun idman direktoru Leonardo və baş meneceri Jan-Klod Blan iştirak edib. Danışıqlar zamanı Zidanın 2022-ci ilin yayında baş məşqçi postunu tutacağı variantı təklif edilib.
Qeyd edək ki, bir müddə öncə PSJ-nin hazırki baş məşqçisi Maurisio Poçettino ilə idman direktoru Leonardo arasında fikir ayrılığı olduğu yarandığı, həmçinin baş məşqçidə müstəqil qərar qəbul etmək imkanının olmaması səbəbilə Poçettinonun komandadan ayrılmaq istədiyi bildirilmişdi. 49 yaşlı argentinalının gələn ilin yayında klubdan gedəcəyi dəqiqdir. Onun karyerasını “Mançester Yunayted”də davam etdirəcəyi iddia edilir.
Xatırladaq ki, Zinəddin Zidan ötən mövsümün sonunda "Real Madrid"dən ayrılıb və karyerasına bir il fasilə vermək istədiyini açıqlayıb.
Emin