PSJ rəhbərliyi Sanşeşlə bağlı qərarını qətiləşdirdi

PSJ rəhbərliyi Sanşeşlə bağlı qərarını qətiləşdirdi

PSJ rəhbəriyi komandanın portuqaliyalı müdafiəçisi Renatu Sanşeşlə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, məlumatı "90min" yayıb.

Xəbərə görə, Paris klubunun bossları 25 yaşlı futbolçunu bu yay onu istəyən İngiltərə təmsilçilərindən birinə satmağın əleyhinə deyil. Mənbə "Liverpul", "Aston Villa", "Nyukasl", "Tottenhem" və "Vulverhempton"un PSJ-də ümidləri doğrultmayan portuqaliyalı ilə maraqlandığını da diqqətə çatdırıb.

Qeyd edək ki, bu mövsüm Liqa 1-də 16 matça çıxan Sanşeş 2 qolla yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər