Fransanın PSJ klubu "Real Madrid"in braziliyalı vingeri Vinisius Juniorla maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "El Debate" yayıb.
Mənbənin məlumatına görə, Paris nəhəngi 23 yaşlı futbolçu üçün 200 milyon ödəməyə hazırdır.
PSJ-dən başqa, İngiltərənin "Çelsi"si və "Liverpul" klubları da Vinisius Juniorla maraqlanır. "Real"ın bu təkliflərə reaksiyası bilinmir. Mənbə tezliklə təklif irəli sürməyə çalışan PSJ-nin bu qərarını qarşı düşərgəyə keçəcəyi gözlənilən Kilian Mbappenin gedişi ilə əlaqələndirib.
Vinisius Junior bu mövsüm "Real"ın heyətində 28 oyun keçirib , 18 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa