PSJ Ramuşun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

PSJ Ramuşun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

PSJ "Benfika"ya hücumçu Qonsalu Ramuş üçün rəsmi təklif göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı "A Bola" yayıb.

Xəbərə görə, parislilər Lissabon təmsilçisinin qapısını 65 milyon avro + müxtəlif bonuslar şəklində daha 15 milyon avroluq təkliflə döyüb. Mənbə Fransa nəhənginin "Mançester Yunayted"in də istədiyi 22 yaşlı Ramuşun keçidini mümkün qədər tez reallaşdırmağı hədəflədiyini vurğulayıb. Bu məbləğin böyük ehtimalla, "qartallar"ı razı salacağı bildirilib.

Qeyd edək ki, Ramuş ötən mövsüm "Benfika" forması ilə bütün turnirlərdə 27 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər