PSJ Ramosun keçidinı açıqladı - RƏSMİ

PSJ Ramosun keçidinı açıqladı - RƏSMİ
PSJ klubu yeni transferini rəsmiləşdirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi İspaniya "Real Madrid"indən ayrılan Serxio Ramosla müqavilə imzalayıb.
36 yaşlı müdafiəçi iki illik anlaşmaya imza atıb.
Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"in formasını geyinmiş Serxio Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb. Həmçinin o, hərəyə 2 dəfə İspaniya Kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər