İspaniyalı müdafiəçi Serxio Ramos (Sergio Ramos) PSJ-ni tərk edə bilər.
Fanat.Az xəbər verir ki bu barədə Fransanın "Le Parisen" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub 35 yaşlı ispaniyalı futbolçu ilə müqaviləni ləğv etməyi planlaşdırır. PSJ rəhbərliyi hələ komandada debüt etməyən Ramosun səhhəti və fiziki durumu ilə bağlı son dərəcə narahatdır. Serxio bir neçə əzələ zədəsi alıb amma öz formasına olduqca gec qayıdır. Bu da bəzi problemlərin yaranmasına səbəb olub.
Xatırladaq ki, Serxio Ramos 2021-ci ilin iyulunda PSJ-nin futbolçusu olaraq ictimaiyyətə təqdim olunub. Futbolçunun klubla müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub.
Emin Şəmsiyev