PSJ Ramosla bağlı qərar verdi - Qaltye açıqladı

PSJ Ramosla bağlı qərar verdi - Qaltye açıqladı

PSJ-nin baş məşqçisi Kristof Qaltye ulduz futbolçusu Serxio Ramosun klubdakı gələcəyi ilə bağlı danışıb. 

Fanat.Az-ın xəbərinə görə, Fabritsio Romanoya açıqlama verən mütəxəssis 37 yaşlı müdafiəçi ilə sözləşmənin yenilənəcəyini bildirib:

"Ramos bizim açar oyunçumuzdur. Hazırda müqaviləni yeniləmək üçün danışıqlar gedir". 

Qeyd edək ki, ispaniyalı futbolçu 2021-ci ildən PSJ-də çıxış edir. O, 35 oyunda meydana çıxıb və 2 qol vurub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər