PSJ-nin prezidenti Naser Əl-Xəlayfi müdafiəçi Əşrəf Hakiminin kluba keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına danışıb.
Əl-Xəlayfinin sözlərinə görə, "Əşrəf Hakimini PSJ-də qəbul etməkdən məmnunuq. Bu cür geniş miqyaslı transfer bizim hədəflərimizin səviyyəsinin göstəricisidir. Onunla xüsusi zirvələri fəth etməyə çalışırıq. Əşrəf cəmi 22 yaşındadır və özünü dünya futbolunun ən istedadlı müdafiəçilərindən biri kimi təsdiqləyib. Bu isə bizim klubun müəyyənləşdirdiyi standartlara uyğundur. Bilirəm ki, Əşrəf bizimlə fantastik bir karyera quracaq. Bütün klub ona heyətdə uğurlar arzulayır”.
Qeyd edək ki, mərakeşli futbolçu 2026-cı ilə qədər Paris klubu şərəfini qoruyacaq.
Xatırladaq ki, "Transfermarktyi” futbolçunun PSJ-yə 60 milyon avro müqabilində keçdiyini yazır.
Emin Şəmsiyev