PSJ prezidenti gileyləndi: "Boşluqlar var"

PSJ prezidenti gileyləndi: "Boşluqlar var"

PSJ-nin prezidenti Nasser Əl-Xelayfi əksər klubların üzləşdiyi iqtisadi problemlər barədə danışıb.

Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri maliyyə "fair-play"ində boşluqlar olduğunu bildirib:

“Maliyyə sabitliyimiz olmalıdır. Vaxtında reaksiya verməsək, nəticələr acınacaqlı ola bilər. Maliyyə "fair-play"inə yenidən baxmaq lazımdır. Boşluqlar var. UEFA ilə daha güclü münasibətlər qurmalıyıq. Futbolun hamı üçün bərabər olması lazımdır".

Qeyd edək ki, daha əvvəl PSJ klubunun özünün "fair-play" qaydalarını pozması xəbəri yayılmışdı.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər