PSJ Osimhenə görə pul da təklif edir, bu oyunçulardan birini də - SON DURUM

PSJ Osimhenə görə pul da təklif edir, bu oyunçulardan birini də - SON DURUM

"Napoli"nin hücumçusu Viktor Osimhen PSJ-nin yay transfer çalışmaları üçün prioritet hədəfdir. 

Fanat.Az xəbər verir ki, bu barədə “İl Mattino” məlumat yayıb.

Xəbərə görə, parislilər müqavilə üçün müxtəlif variantları nəzərdən keçirirlər. Paytaxt klubu nigeriyalı forvard üçün 120 milyon avro ödəməyə hazırdır. Sadəcə, PSJ müqavilənin məbləğini azaltmaq üçün oyunçularından birini anlaşmaya etmək istəyir. Parislilərin "Napoli:yə göndərə biləcəyi oyunçuların siyahısına Li Kanq-in, Marko Asensio, Lukas Beraldo və Karlos Soler daxildir. Bu baxımdan çox şey adzurrinin yeni məşqçisindən asılı olacaq - o, yuxarıdakı oyunçulardan hansının xidmətində maraqlı olub-olmayacağını deməlidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər