PSJ-nun 12-ci çempionluğu rəsmiləşdi

PSJ-nun 12-ci çempionluğu rəsmiləşdi

Fransa Liqa 1-də 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə “Mets” evdə “Lill”ə, “Loryan” “Tuluza”ya, “Strasburq” “Nitsa”ya, “Renn” isə “Brest”ə uduzub.

Marsel “Olimpik”i “Lans”ı, “Klermon” “Reyms”i xalsız yola salıb. Lion “Olimpik”inin qonağı olan “Monako” isə turu məğlubiyyətlə başa vurub. Monakoluların yenilgisi lider PSJ-nin növbəti çempionluğunun rəsmiləşməsi ilə nəticələnib. Sona 3 tur qalmış 70 xala malik Paris təmsilçisi bütün rəqibləri üçün əlçatmaza çevrilib.

Qeyd edək ki, bu, PSJ-nin sayca 12-ci çempionluqdur.

Fransa Liqa 1 31-ci tur 26 aprel

Monpelye – Nant 1:1 Qollar: Adams, 2 – Abline, 7.

27 aprel

PSJ – Havr 3:3 Qollar: Barkola, 29. Hakimi, 78. Q.Ramos, 90+4 – Operi, 19. Ayyu, 38. Ture, 61-pen.

28 aprel

Mets – Lill 1:2 Qollar: Mikautadze, 23-pen – İsmaili, 31. Y.Yazıcı, 44.

Klermon – Reyms 4:1 Qollar: Çam, 31-pen; 56. Raşani, 79; 90 – Reyms, 33.

Loryan – Tuluza 1:2 Qollar: Ponso, 19 – Dallinqa, 59. Sissoko, 83.

Strasburq – Nitsa 1:3 Qollar: Bakva, 18 – Gessan, 44. Dante, 52.

Renn – Brest 4:5 Qollar: Kalimuendo, 4; 9. Teate, 68. Terrye, 79 – Munye, 11. Omari, 48-öz qapısına. Satriano, 54. Kamara, 66. Brassye, 90+5.

Olimpik L – Monako 3:2 Qollar: Lakazette, 22. Benrahma, 26. Fofana, 84 – Ben Yedder, 1; 60.

Olimpik M – Lans 2:1 Qollar: Obameyanq, 1. Qeye, 85 – Said, 77.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər