PSJ-nin müdafiəçiləri - Toma Menye və Xuan Bernat kollektiv çalışmalara qoşulub.
Fanat.Az-ın məlumatına görə, müdafiəçilərdən xoş xəbər alan parislilərin 2 əsas problemi isə qalmaqdadı. Ombasından zədə alan Edinson Kavaninin və Neymarın hələ də yaşıl meydanlara nə vaxt dönəcəyi dəqiq bilinmir. Uruqvaylı forvard fərdi məşqlərlə kifayətlənir. Neymara gəlincə, o, bərpa üçün vətəninə yollanıb.
Fanat.Az