PSJ-nin hücumçusu Neymar gələcək planları ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Xəbərə görə, braziliyalı Fransa paytaxtında xoşbəxtdir və buna görə də komandadan ayrılmağı planlaşdırmır. Baxmayaraq ki, daha əvvəl Paris nəhənginin ulduz futbolçunu satmaq barədə düşündüyü bildirilirdi. Neymarın hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.
Hücumçu topuğundakı zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq. Onun tezliklə əməliyyat olunacağı bildirilir.
Neymar cari mövsümdə PSJ-nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.
Mirağa