PSJ-nin yeni baş məşqçisi açıqlandı

PSJ-nin yeni baş məşqçisi açıqlandı
Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandıran PSJ baş məşqçi dəyişikliyinə hazırlaşır. Fanat.Az xəbər verir ki, Paris klubunun artıq yeni çalışdırıcı ilə anlaşdığı iddia olunub.
Bu barədə kluba yaxınlığı ilə tanınan "Le Parisien" qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, ötən ilin sonlarında Dortmund "Borussiya"sından ayrılan Tomas Tuçel PSJ ilə razılığa gəlib. 
44 yaşlı mütəxəssisin adı "Çelsi", "Bavariya" və "Arsenal"la da yanaşı çəkilirdi. Hətta onun "Arsenal"la anlaşdığı iddia olunmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər