PSJ-nin yarımmüdafiəçisi İtaliya klubuna keçir - Şərtlər açıqlandı

PSJ-nin yarımmüdafiəçisi İtaliya klubuna keçir - Şərtlər açıqlandı

PSJ-nin və İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo Veynaldum karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.

Mənbə 31 yaşlı futbolçunun yaxın günlərdə icarə əsasında "Roma"ya keçəcəyini bildirib. Xəbərə görə, paytaxt klubu Veynaldumu sonradan transfer etmək hüququna sahib olacaq. "Roma" 2023/2024 mövsümündə Çempionlar Liqasında iştirak hüququ qazanacağı halda, niderlandlı oyunçunu daimi əsasda rənglərinə bağlamaq məcburiyyətində qalacaq. "Canavarlar"ın sıralarında icarədə olduğu müddətdi yarımmüdafiəçinin maaşının 40 faizini PSJ ödəyəcək.

Qeyd edək ki, Veynaldumun Paris klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər