PSJ-nin ulduzu zədələndi - FOTO

PSJ-nin ulduzu zədələndi - FOTO
PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Kubokunun finalı çərçivəsində "Sent-Etyen"lə oynanılan matçda (1:0) sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, 27-ci dəqiqədə Loik Perren Mbappeyə qarşı sərt oynayıb. Baş hakim Amori Deleryu VAR-a baxdıqdan sonra "Sent-Etyen"in oyunçusuna qırmızı vərəqə göstərib. Oyunu davam etdirə bilməyən Mbappe Pablo Sarabiya ilə əvəzlənib.
Fransız futbolçu daha sonra dəyənəklərin köməkliyi ilə meydana qayıdaraq oyunu izləyib. Onun zədəsi ilə bağlı dəqiq məlumat bu gün veriləcək.
 
PSJ-nin ulduzu zədələndi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər