Fransa kubokunun finalında zədələnən Kilian Mbappenin durumu bəlli olub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, son müayinədən sonra 21 yaşlı hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı üzə çıxıb.
Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı oyunçu zədə səbəbindən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək ilk matçı buraxacaq.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/4 finalında "Atalanta" ilə qarşılaşacaq. Komandalar arasındakı ilk görüş 12 avqustda baş tutacaq.
PSJ-nin "Sent-Etyen”ə 1:0 hesabıyla qalib gəldiyi final matçının 33-cü dəqiqəsində zədə alan Mbappe meydanı xərəkdə tərk etmişdi.
Fanat.Az