PSJ-nin şok Qvardiola planı

PSJ-nin şok Qvardiola planı
"Mançester Siti" ilə bu mövsüm rəqib tanımayan Pep Qvardiolanın çox ciddi bir "elçisi" var. Fanat.Az xəbəp verir ki, PSJ ispaniyalı mütəxəssisi Fransaya aparmaq imtəyir.
İngiltərə mətbuatının məlumatına görə, Paris klubu ildə 15 milyon funt-sterlinq qazanan Qvardiola üçün hər şeyi etməyə hazırdı. İddia edilir ki, ispaniyalı mütəxəssisə özünün və ailəsinin rədd edə bilməyəcəyi bir təklif veriləcək. 
Qvardiolanın müqaviləsi 2018/19 mövsümünün sonunda başa çatacaq. "Mançester Siti" rəhbərliyi qısa zamanda onunla danışıqlar masasına oturaraq anlaşmanın müddətini uzatmaq istəyir. Amma PSJ-nin təklifi ortaya çıxandan sonra mütəxəssisin hansı qərar verəcəyi bilinmir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər