PSJ-nin sahibi Türkiyədə klub alır

PSJ-nin sahibi Türkiyədə klub alır
Türkiyə Super Liqasının yayım hüququna sahib beINSPORTS-un və Fransanın PSJ klubunun sahibi Nasir Əl Xelafi qardaş ölkədə klub alır. Fanat.Az xəbər verir ki, qətərli iş adamı "Başakşəhər"i satın almağa hazırlaşır.
Onun bir müddətdi Türkiyədə klub axtardığı və "Başakşəhər" üzərində dayandığı bildirilir. Artıq tərəflər arasında danışıqların böyük hissəsi yekunlaşıbvə anlaşma əldə olunub. Rəsmi açıqlamanın yanvar ayırda veriləcəyi bildirilir. 
Qeyd edək ki, Nasir Əl Xelafinin şirkəti Türkiyə Super Liqası ilə yanaşı, İngiltərə Premyer Liqasının, İspaniya La Liqasının, Fransa Liqa 1-nin və Braziliya A Seriyasının yayım hüququna sahibdi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər