PSJ-nin prezidentinə ağır cəza - Məhkəmə qərarı

PSJ-nin prezidentinə ağır cəza - Məhkəmə qərarı

PSJ-nin prezidenti Nasser Əl-Xelayfi İsveçrədə apellyasiya məhkəməsi qarşısına çıxarılıb. 

Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, eyni zamanda "BeIN Media Group"un da prezidenti olan Əl-Xelayfiyə 28 aylıq həbs cəzası verilib. 

Qətərli biznesmenin dünya çempionatının yayım hüququnun alınmasında əli olduğu iddia edilir. 

Məlumat üçün bildirək ki, Nasser Əl-Xelayfi məhkəmədə "BeIN Media Group"un rəhbəri kimi ittiham olunub.

O, 2026 və 2030-cu il Dünya Kuboklarının yayım hüquqlarını öz telekanalına almaq üçün FİFA-nın baş katibi Jerom Valkeyə rüşvət təklif etməkdə ittiham olunub. 

FİFA rəsmsi və PSJ prezidenti  2020-ci ildə baş tutan ilk məhkəmə prosesində bəraət alıb. Lakin o zaman Əl-Xelaifiyə qarşı şərti həbs cəzası istəyən İsveçrə prokurorları 48 yaşlı funksionerdən apellyasiya şikayəti vermişdi. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər