PSJ-nin prezidenti ilə bağlı ittiham - Evində axtarış aparıldı

PSJ-nin prezidenti ilə bağlı ittiham - Evində axtarış aparıldı

PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi korrupsiyada şübhəli bilinir.

Fanat.Az xəbər verir ki, gündəmi zəbt edən informasiyanı "Mediapart" yayıb.

 Dünən parislilərin yeni baş məşqçisi Luis Enrikenin təqdimat mərasimi keçirilsə də, klub prezidentinin gecikməsi səbəbindən tədbirin başlaması 3 saat təxirə salınıb.

Sonradan məlum olub ki, polislər prezidenti hava limanında gözləyirmiş. Nasser prokurorluq tərəfindən rüşvətxorluqda ittiham olunur. Ona qarşı ittiham irəli sürülüb və evində axtarış başlayıb.

Bu, həm də lobbi fəaliyyəti ilə məşğul olan Tayeb Benabderrahmanın oğurlanması, qanunsuz saxlanması və işgəncələrə məruz qalması ilə bağlı istintaqla bağlıdır.

Əl-Xelaifinin sözçüsü dolayısı ilə məlumatı təsdiqləyərək bildirib ki, istintaq orqanlarına, həmçinin əlavə məlumatlara giriş icazəsi verilib. Hər şey hakimiyyət orqanları ilə tam əməkdaşlıq şəraitində baş verir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər