PSJ-nin Poqba planı reallaşmaq üzrədir

PSJ-nin Poqba planı reallaşmaq üzrədir

Fransa millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçi Pol Poqba yayda klubunu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

28 yaşlı futbolçu PSJ-nin diqqət mərkəzindədir. Paris klubu yay transfer pəncərəsi dönəmində Poqbanı rənglərinə bağlamağı planlaşdırır.

Mənbənin iddiasına görə, PSJ-nin idman direktoru Leonardo futbolçunun meneceri Mino Rayola ilə bir neçə dəfə danışıb.

“Mançester Yunayted”lə Poqba arasında yeni müqavilənin imzalanmasının çətin olduğu bildirilir. Çünki Pol özü də PSJ-yə keçiddə maraqlıdır.

Xatırladaq ki, fransız futbolçu hazırda zədəlidir. Onun bərpasının bir neçə ay çəkəcəyi qeyd olunur.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər