PSJ-nin müdafiəçisi üçün mövsüm vaxtından əvvəl bitdi

PSJ-nin müdafiəçisi üçün mövsüm vaxtından əvvəl bitdi

PSJ-nin müdafiəçisi Presnel Kimpembe üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, bunu Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye deyib.

"Təəssüf ki, Kimpembe ciddi zədə alıb və onun mövsümün sonuna qədər bizə kömək edə bilməyəcəyi dəqiqləşib. Hazırda Presnelin topuğunda güclü ağrılar var". 

Qeyd edək ki, Kİmpembe Liqa 1-in 25-ci turu çərçivəsində keçirilən matçın - "Olimpik Marsel"lə oyunun 16-cı dəqiqəsində zədələnərək yerdə qalıb. Arxa xətt oyunçusu meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər