PSJ-nin müdafiəçisi digər Avropa nəhənginə keçir

PSJ-nin müdafiəçisi digər Avropa nəhənginə keçir

PSJ-nin müdafiəçisi Nordi Mukiele karyerasını digər Avropa nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Xəbərə görə, 26 yaşlı futbolçunun xidmətində "Bayern Münhen" maraqlıdır. Mənbə Almaniya təmsilçisinin Mukieleni sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək niyyətindədir. Futbolçunun özünün "Bayern"ə keçmək variantına isti yanaşdığı bildirilib.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm Paris klubunun forması ilə bütün turnirlərdə 10 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər