PSJ-nin müdafiəçisi Denzel Dyumfris karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.
Niderland millisinin üzvü "İnter"in maraq dairəsinə düşüb.
Xəbərə görə, artıq tərəflər arasında danışıqlar başlayıb. Tezliklə 25 yaşlı futbolçunun keçidi rəsmiləşə bilər.
Qeyd edək ki, Dyumfris 2018-ci ildən PSJ-də çıxış edir. O, Fransa klubunun heyətində 89 oyun keçirib və 13 qola imza atıb.
Aygün