PSJ-nin hücumçusunu 2 İngiltərə klubu istəyir

PSJ-nin hücumçusunu 2 İngiltərə klubu istəyir

PSJ-nin 21 yaşlı hücumçusu Uqo Ekitike karyerasını İngiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı " Evening Standard" yayıb.

Xəbərə görə, Ekitikenin xidmətində iki İngiltərə təmsilçisi - "Kristal Pelas" və "Vest Hem" maraqlıdır. Mənbə hər iki klubun Paris təmsilçisi və sözügedən oyunçu üçün təkliflər hazırladığını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm PSJ forması ilə cəmi 1 oyuna çıxan Ekitike məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" fransalı forvardın transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər