PSJ-nin gənc ulduzunu 3 klub istəyir - ADLAR

PSJ-nin gənc ulduzunu 3 klub istəyir - ADLAR

PSJ-nin hücumçusu Uqo Ekitike bir neçə klubun transfer siyahısındadır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən jurnalist Fabris Houkins yayıb.

Xəbərə görə, "Milan", "Everton" və "Ayntraxt" Ekitikenin xidmətində maraqlı olsalar da, bu klublardan heç biri Paris təmsilçisinə rəsmi təklif göndərməyib. Mənbə 21 yaşlı oyunçunun PSJ-də qalmağı üstün tutduğunu, lakin heyətə düşməyə çətinlik çəkəcəyini də anladığını vurğulayıb.

Ekitikenin Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər