Fransanın PSJ klubunun yay transfer planları açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.
Xəbərə görə, parislilər mövsümün sonunda "Vilyarreal"dan Pau Torresi, PSV-dən İbraima Sanqareni, Mönhenqladbax "Borussiya"sından Kuadio Koneni, "Mançester Siti"dən Bernardu Silvanı, "Olimpik Lion"dan Rayan Şerkini, "Napoli"dən Viktor Osimheni və "Benfika"dan Qonsalu Ramuşu transfer etməyi planlaşdırır.
Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 finalında keçirdiyi hər iki görüşdə "Bayern Münhen"ə uduzaraq (0:1, 0:2) mübarizəni dayandırıb.
Nihat