Zədəsi səbəbindən uzun müddətdi oynamayan Neymarla bağlı PSJ-nin baş məşqçisi Unay Emeri sərt açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis braziliyalı futbolçunun komandasını təbrik etmədiyini bildirib:
"Monako"nu 7:1 hesabı ilə yenərək çempion olduğumuz matçdan sonra təbrik etmək üçün belə zəng etmədi. Onunla 2-3 həftədir danışmıram".
Qeyd edək ki, 26 yaşlı futbolçu komandası çempion olduğu gecə dostları ilə poker masasından foto paylaşmışdı.
Fanat.Az