PSJ-nin baş məşqçisi irqçilikdə ittiham olundu

PSJ-nin baş məşqçisi irqçilikdə ittiham olundu

PSJ klubunun baş məşqçisi Kristof Qaltye vaxtilə çalışdırdığı "Nitsa"da irqi ayrıseçkilik etməkdə ittiham olunub.

Fanat.Az xəbər verir ki, bu barədə "Nitsa"nın keçmiş idman direktoru Jülyen Furnye "RMC Sport"a bildirib. 

O, bir vaxtlar birgə çalışdığı məşqçi ilə fikir ayrılığı yaşadığını deyib. Furnye hələ o vaxt klub rəhbərlərinə elektron məktub göndərib və orada Qaltyenin qəribə ifadələrinə diqqət çəkib: "Qaltyer mənə dedi ki, yerli reallıqları nəzərə alsaq, "Nitsa"da bu qədər çox qaradərili və müsəlman oynaya bilməz. Restoranda adamların mənə yaxınlaşaraq heyətdə qaradərili futbolçuların çox olduğundan şikayətlənir".

Kristof Qaltyenin bu mövsümün sonunda PSJ-dən qovulacağı ilə bağlı xəbərlər dolaşır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər