PSJ-nin baş məşqçisi İkardiyə qapını göstərdiyini təsdiqlədi

PSJ-nin baş məşqçisi İkardiyə qapını göstərdiyini təsdiqlədi

PSJ-nin baş məşqçisi Kristof Qaltye yerli mətbuata açıqlamasında komandanın argentinalı forvardı Mauro İkardini gələcək planlarına daxil etmədiyini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, mütəxəssis belə danışıb:

"Bu həftənin əvvəlində İkardi ilə görüşdük. Ona heyətdə ixtisarlar olacağını dedim. Mənə 25 sahə oyunçusu lazım deyil. Bu sayda oyunçu saxlamağa dəyməz. Son mövsümlərdə Mauro çox az oynayıb. O, özünə daha münasib iş yeri tapmalıdır. Ən yaxşı çıxış yolu barədə düşünməliyik. Bunu yalnız İkardi yox, həm də klub istəyir. Mauro hələ itirmədiyi bacarıqlarını ortaya qoymaq üçün yeni çağırışları dəyərləndirməlidir". 

Qeyd edək ki, İkardi çərşənbə günündən Paris klubundan göndərilməsi nəzərdə tutulan oyunçularla birlikdə komandadan ayrı çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər