PSJ-nin baş məşqçisi bəlli oldu - İDDİA

PSJ-nin baş məşqçisi bəlli oldu - İDDİA

PSJ-nin yeni baş məşqçisinin adı böyük ölçüdə məlumdur.

Fanat.Az xəbər verir ki, "beIN Sports"un əməkdaşı Ömər Altundağın iddasına görə, parislilərin yeni çalışdırıcısı "Nitsa"nın baş məşqçisi Kristof Qaltye olacaq.

O, PSJ-nin baş məşqçi ilə bağlı qərar verdiyini, klubun yeni idman direktoru Luis Kamposun təkidi ilə Qaltyenin əsas namizəd olduğununu bildirib .

Kristof Qaltyenin "Nitsa" ilə müqaviləsi 2024-cü ilə qədərdir. Luis Kampos və Qaltye Fransanın "Lill" klubunda birlikdə çalışıblar. 

Qeyd edək ki, dünya mətbuatında PSJ-nin Maurisio Poçettino ilə müqaviləni ləğv etmək barədə razılığa gəldiyi iddia olunur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər